Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt” ilə üz-üzə

2 May 2026 09:20
182
Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 30-cü turunun oyunu “Kəpəz” “Sumqayıt” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 16:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Əli Əliyev idarə edəcək.

“Kəpəz” 21 xalla turnir cədvəlinin onuncu pilləsində yer alıb. 38 xala malik “Sumqayıt” isə yeddincidir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 30-cu tur
2 may (şənbə)
16.00. “Kəpəz” - “Sumqayıt”

Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu

Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: