“Arsenal” iki gənc oyunçusunu satmağa hazırdır

2 May 2026 06:19
307
“Arsenal” iki gənc oyunçusunu satmağa hazırdır

“Arsenal” klubu qarşıdan gələn transfer pəncərəsində iki perspektivli oyunçunun satışını istisna etmir.

İdman.Biz-in “The Sun”a istinadən verdiyi məlumata görə, London klubu sol cinah müdafiəçisi Maylz Lyuis-Skelli və hücumameyilli yarımmüdafiəçi İtan Nvaneri üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd olunur ki, akademiyada təhsil alan oyunçuların satışı maliyyə baxımından faydalıdır, çünki bu cür əməliyyatlar xalis mənfəət hesab olunur. Bu, “topçular”a transfer büdcələrini artırmağa imkan verə bilər.

Transfermarkt Lyuis-Skellinin dəyərini təxminən 35 milyon avro, Nvanerininkini isə 40 milyon avro olaraq qiymətləndirir. Hər iki oyunçunun 19 yaşı var.

Nvaneri hazırda cari mövsümün ikinci yarısını Fransanın "Marsel" klubunda icarə əsasında keçirir.

İdman.Biz