“Liverpul”un baş məşqçisi Arne Slot qapıçı Alisson Bekkerin zədədən sonra meydana qayıdış müddəti barədə danışıb.
İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu daha əvvəl bud əzələsindən zədə almışdı.
“Bizim üçün hər bir oyunçunun geri dönüşü bir bonusdur, çünki indi zədə siyahısına Mo [Salah] əlavə etsəniz, bu, getdikcə uzanır, amma bu, bütün mövsüm belə olub.
Alisson hələ bizimlə məşq etməyib. O, məşqlərə başlamağa çox yaxındır. Bu gün tibb işçilərindən onun bu gün, sabah və ya gələn həftənin əvvəlində bizimlə məşqlər edə biləcəyini eşitməliyəm. O, çox yaxındır, amma təbii ki, heç bir risk etmək istəmirik, çünki oyunçularla bunu heç vaxt etmirik və indi də etməyəcəyik.
Alisson dərhal start heyətində olacaqmı? Düşünürəm ki, qapıçı ilə meydan oyunçusu arasında fərq var. Əgər oyunçu bir neçə həftə məşq etməyibsə, qapıçıdan daha çox qaçmalıdır. Düşünmürəm ki, oyunçunun problemi dörd və ya beş həftəni buraxdıqdan sonra futbol oynamağı unudur. Adətən problem onun fiziki hazırlığının Premyer Liqanın tələb etdiyi intensivlikdə oynamaq üçün tələb olunan səviyyəyə çatmamasıdır. Deməli, qapıçı ilə meydan oyunçusu arasında fərq var”, - Slot deyib.
Bu mövsüm 33 yaşlı Bekker klub səviyyəsində bütün yarışlarda 34 oyunda iştirak edib və 36 qol buraxıb. Alisson meydanı 13 dəfə qolsuz tərk edib. Onun “Liverpul”la hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
