“Venesiya” bir mövsümdən sonra A Seriyasına qayıdıb

2 May 2026 02:15
347
“Venesiya” bir mövsümdən sonra A Seriyasına qayıdıb

“Venesiya” İtaliya B Seriyasının 37-ci turunda “Spesiya” ilə 2:2 heç-heçə edib. Bu nəticə ilə komanda növbəti mövsüm A Seriyasında yerini təmin edib.

İdman.Biz bildirir ki, İtaliya ikinci divizionunda bir oyun qalmış “Venesiya” 79 xalla birinci yerdədir. Lakin komanda hələ çempionluğu təmin etməyib; “Frosinone” 78 xalla ikinci yerdədir.

“Venesiya” bir mövsümdən sonra A Seriyasına qayıdıb. Keçən il klub A Seriyasında 29 xalla 19-cu yeri tutmuşdu.

İdman.Biz