“Arsenal” “Bornmut”un hücumçusu uğrunda “Mançester Yunayted”lə rəqabət apara bilər

2 May 2026 01:38
145
“Arsenal” “Bornmut”un hücumçusu uğrunda “Mançester Yunayted”lə rəqabət apara bilər

“Arsenal” “Bornmut”un 19 yaşlı hücumçusu Eli Krupini izləyən Avropanın aparıcı klublarından biridir.

İdman.Biz-in talkSPORT-a istinadən məlumatına görə, “Mançester Yunayted” və “Mançester Siti” də oyunçu ilə maraqlanır.

Mənbəyə görə, fransız futbolçunun müqaviləsində erkən xitam bəndi yoxdur. “Bornmut” Krupini 2025-ci ilin fevral ayında “Loryan”dan 10 milyon funt sterlinqə (11,6 milyon avro) alıb.

Bu mövsüm hücumçu bütün yarışlarda 31 oyunda meydana çıxıb və 11 qol vurub. Krupinin klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.

İdman.Biz