“Benfika” “Real Madrid”in maraq dairəsində baş məşqçi Joze Mourinyonu saxlamaq niyyətindədir.
İdman.Biz “O Jogo”ya istinadən xəbər verir ki, bu həftə Lissabon klubunun prezidenti Rui Koşta qarşıdakı mövsüm üçün planları müzakirə etmək üçün məşqçi ilə görüşüb.
Mənbənin məlumatına görə, “Benfika” rəhbərliyi Mourinyonun müqaviləsini 2028 və ya 2029-cu ilə qədər uzatmaq istəyir. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Lakin onun hazırkı müqaviləsində mövsümün sonundan 10 gün ərzində 3 milyon avro müqabilində klubdan ayrılmaq imkanı var. Vurğulanır ki, hazırkı şəraitdə “Real Madrid” Mourinyonun təyinatı ilə bağlı qərarını sürətləndirməlidir.
