Slot, Kerkezin “Mançester Yunayted”ə qarşı oynaya biləcəyini açıqlayıb

1 May 2026 22:21
129
Slot, Kerkezin “Mançester Yunayted”ə qarşı oynaya biləcəyini açıqlayıb

“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqanın 35-ci turunda "Mançester Yunayted"lə qarşılaşacaqları oyundan əvvəl zədəli müdafiəçi Miloş Kerkezin vəziyyəti ilə bağlı fikirlərini bildirib.

Komandaların qarşılaşması 3 may bazar günü, Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

“Miloşun səhhətində bəzi kiçik problemlər var idi; o, məşq meydançasını dünən yox, bir gün əvvəl tərk etdi. Amma mən onun bu gün və ya sabah məşqə qayıtmasını gözləyirəm”, - deyə Slot “Liverpul”un rəsmi saytına bildirib.
Bu mövsüm Kerkez klubun heyətində bütün yarışlarda 44 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.

34 oyundan sonra “Liverpul” Premyer Liqa turnir cədvəlində 58 xalla dördüncü yerdədir. 61 xalla “Mançester Yunayted” isə üçüncü yerdədir.

İdman.Biz