Konseysao getsə, “Yuventus” Qrinvudu ala bilər

1 May 2026 19:33
182
Konseysao getsə, “Yuventus” Qrinvudu ala bilər

“Mançester Yunayted” və “Liverpul”un maraq dairəsində olan cinah oyunçusu Fransisko Konseysonun transferi ehtimalı halında “Yuventus” “Marsel”in cinah oyunçusu Meyson Qrinvudla müqavilə imzalamağı düşünür.

İdman.Biz bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Turin klubu 24 yaşlı futbolçu üçün mübarizəyə qoşulub. “Yuventus” həmçinin Konseysão ilə bağlı və Edon Jeqrov üçün potensial təklifləri gözləyir.

Bu mövsüm Qrinvud bütün yarışlarda 42 oyunda meydana çıxıb, 25 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 55 milyon avrodur.

İdman.Biz