Qvardiola Çempionlar Liqasının yarımfinal oyunlarının nəticələrini dəyərləndirib

1 May 2026 18:32
158
Qvardiola Çempionlar Liqasının yarımfinal oyunlarının nəticələrini dəyərləndirib

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bu mövsüm Çempionlar Liqasının ilk yarımfinal oyunlarının nəticələrini şərh edib.

Yarımfinalda PSJ “Bavariya” (5:4), “Atletiko Madrid” isə “Arsenal”la (1:1) qarşılaşıb.

"Futbol hər yerdə gözəldir. Yaxşı oyun idi (PSJ - Bavariya), əla idi! Növbəti gün “Atletiko” – “Arsenal” oyunu oldu, fərqli bir üslub, eyni zamanda çox yaxşı oldu. Futbol həqiqətən də gözəldir!”, - deyə Fabrizio Romano Qvardiolanın dediyi sözləri sitat gətirir.

Hazırkı Çempionlar Liqasının qalibi PSJ-dir.

İdman.Biz