Flik “Barselona”nı “Bavariya” səviyyəsinə çatdıracağına söz verdi

1 May 2026 17:57
125
Flik “Barselona”nı “Bavariya” səviyyəsinə çatdıracağına söz verdi

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik La Liqanın növbəti turunda “Osasuna” ilə qarşılaşma öncəsi mətbuat konfransında iştirak edib. Almaniyalı mütəxəssis rəqibin təcrübəli oyunçulara və Ante Budimir kimi təhlükəli hücumçuya sahib olduğunu vurğulayıb.

İdman.Biz xəbər verir ki, Flik komandanın liderlərindən olan Rafinyanın oyuna hazır olduğunu və onun varlığının kollektivə əlavə güc verdiyini qeyd edib. Heyətlə bağlı danışarkən o, Mark Bernalla yanaşı Rafinyanın da heyətdə yer alacağını, lakin Andreas Kristensenin iştirakının sual altında olduğunu bildirib. Gənc istedad Xavi Espart haqqında isə mütəxəssis onun performansını yüksək qiymətləndirib və gələn mövsüm üçün əsas seçimlərdən biri olacağını vurğulayıb.

Jurnalistlərin suallarını cavablandıran Flik “Barselona”da “Bavariya” və PSJ səviyyəsində futbol yaratmağın yüz faiz mümkün olduğunu təsdiqləyib.

O, həmçinin Lamin Yamalın bərpa prosesinin müsbət getdiyini və gənc ulduzu Dünya Çempionatında görəcəklərinə inandığını deyib. Ötən görüşdəki rotasiya uğursuzluğuna toxunan baş məşqçi, bu dəfə eyni səhvi təkrar etməyəcəklərini və hər oyunda qələbə qazanmağa fokuslandıqlarını əlavə edib.

İdman.Biz