Maradonanın tarixi forması hərraca çıxarılır - FOTO

1 May 2026 17:49
123
Maradonanın tarixi forması hərraca çıxarılır - FOTO

Belçika millisinin sabiq qapıçısı Jan-Mari Pfaff 1986-cı il dünya çempionatının yarımfinalında Dieqo Maradona ilə dəyişdirdiyi formanı satışa çıxarmaq qərarına gəlib.

İdman.Biz xəbər verir ki, Argentina həmin matçda Belçikanı 2:0 hesabı ilə məğlub edib və hər iki qolu məhz əfsanəvi ulduz vurub. 2016-cı ildə tərəflər yenidən görüşərkən Maradona formanın üzərinə “Simpatik Jan-Mariyə, bütün sevgimlə” sözlərini qeyd edərək imzalayıb.

Əvvəllər bankda seyfdə saxlanılan bu forma üçün 750 min ABŞ dolları (1 milyon 275 min AZN) məbləğində ilkin qiymət təyin edilib. Nyu-Yorkda keçirilən əvvəlki hərracda ona 1,2 milyon ABŞ dolları (2 milyon 40 min AZN) qiymət qoyulsa da, alıcı tapılmayıb. Kolleksiya sonuncu dəfə 6 may tarixində Brüsseldə nümayiş olunacaq, beynəlxalq hərrac isə mayının 30-da Parisdə baş tutacaq.

Yetmiş iki yaşlı keçmiş qapıçı bu qərarını kolleksiyanın toz basmasını istəməməsi və bu məsuliyyəti gələcəkdə qızlarının üzərinə qoymaq niyyətində olmaması ilə izah edib. Satışa çıxarılan əşyalar arasında Yohan Kroyffun forması və Pfaffın müxtəlif illərdə qazandığı medallar da yer alır.

İdman.Biz
Məqalədə: