Kral klubu ulduz qapıçısı ilə yollarını ayırır

1 May 2026 17:23
135
Kral klubu ulduz qapıçısı ilə yollarını ayırır

İspaniyanın “Real Madrid” futbol komandası qapıçısı Andrey Luninlə yollarını ayırmağa hazırlaşır.

İdman.Biz “Okdiario” nəşrinə istinadla xəbər verir ki, Madrid təmsilçisi Tibo Kurtuanın yoxluğunda ukraynalı qolkiperin gözləntiləri doğrultmadığını hesab edərək onu yay transfer pəncərəsində satmaq niyyətindədir.

Komandanın ikinci qapıçısı vəzifəsinə 19 yaşlı Xavi Navarro gətirilə bilər. Gənc qolkiper gənclər arasında Çempionlar Liqasının qalibi olmaqla klub rəhbərliyinin diqqətini cəlb edib.

İdman.Biz