Braziliya millisinin sabiq yarımmüdafiəçisi, 1958-ci ilin dünya çempionu Dino Sani 94 yaşında vəfat edib.
İdman.Biz xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası rəsmi məlumat yayıb.
Qurum əfsanəvi futbolçunun vəfatı ilə bağlı başsağlığı verib:
“Braziliya Futbol Konfederasiyası 1958-ci ildə dünya çempionatının qalibi olaraq ölkəmizə ilk çempionluq ulduzunu qazandıran milli komandanın üzvü Dino Saninin vəfatından dərin kədər hissi keçirir.
Dino Sani özündən sonra zəngin irs və Braziliya futbolunun yaddaşında əbədi yaşayacaq bir tarix qoyub. Onun ailəsinə, dostlarına və azarkeşlərinə səmimi başsağlığı veririk. Rahat uyu, çempion!”
