Tomas Frank “Kristal Palas”ın yeni baş məşqçisi olacaq

16 Noyabr 2026 17:28
38
Tomas Frank “Kristal Palas”ın yeni baş məşqçisi olacaq

Tomas Frank İngiltərənin “Kristal Palas” futbol komandasının baş məşqçisi olacaq.

İdman.Biz xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano məlumat yayıb.

London klubu “Tottenhem” və “Brentford”un sabiq baş məşqçisi ilə razılıq əldə edib.

Bildirilib ki, tərəflər arasında şifahi razılaşma əldə olunub. Müqavilənin 2029-cu ilin iyun ayınadək qüvvədə olacağı gözlənilir. Frankın dərhal vəzifəsinin icrasına başlayacağı, rəsmi prosedurların isə yaxın günlərdə tamamlanacağı bildirilir.

Qeyd edək ki, danışıqlara ötən həftə başlanılıb. Premyer Liqada sonuncu pillədə qərarlaşan “Kristal Palas”da Pyer Saj 16 oyundan sonra baş məşqçi postundan ayrılıb.

İdman.Biz