Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann “Real Madrid”in baş məşqçisi vəzifəsinə namizədir.
İdman.Biz bu barədə Onda Cero-ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Joze Mourinyo daha əvvəl “Real Madrid”in məşqçisi vəzifəsinə əsas namizəd olub. Lakin Nagelsmann hazırda “Real Madrid” rəhbərliyinin ən böyük dəstəyindən istifadə edir. “Los Blancos”un rəhbərləri onun stilinin komandanın hazırkı heyətinə və məqsədlərinə mükəmməl uyğun gələcəyinə inanırlar.
Qeyd olunur ki, Nagelsmann özü “Real Madrid”də işləmək perspektivinə müsbət yanaşır. Lakin o, Almaniya milli komandasından yalnız 2026-cı il dünya çempionatından sonra ayrılmağa hazır olacaq.
