PSJ UEFA Çempionlar Liqasının yarımfinalının ilk oyununda “Bavariya”nı 5:4 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, hər iki klub üçün bu Çempionlar Liqası ən məhsuldar mövsümlərdən biri kimi tarixə düşüb.
Parislilər 43 qolla ikinci, Münhen klubu isə 42 qolla beşinci yerdə qərarlaşıb. “Barselona” 1999/2000 mövsümündə 45 qol vuraraq siyahıya başçılıq edir. 2019/2020 mövsümündə “Bavariya” və 2024/2025 mövsümündə “Barselona” da Çempionlar Liqasının bir mövsümündə hərəyə 43 qol vurub.
Bu mövsüm Çempionlar Liqasının finalı 30 mayda Macarıstanın Budapeşt şəhərindəki “Puşkaş Arena”da keçiriləcək.
