Qapıçı Manuel Noyer "Bavariya" ilə müqaviləsini uzatmağa yaxındır.
İdman.Biz xəbər verir ki, bu barədə məlumat X sosial media saytında Bayern & Germany hesabında yer alıb.
Mənbənin məlumatına görə, 40 yaşlı mütəxəssis Münhen klubu ilə yeni müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, Noyer komandanın əsas qapıçısı olaraq qalacaq, lakin Yonas Urbiq daha uzun oyun vaxtı alacaq. Noyerin Urbiqin mentoru kimi fəaliyyət göstərəcəyi və komandanın məşqçilər heyətinə onu öz xələfi kimi yetişdirməyə kömək edəcəyi bildirilir. Hər iki qapıçı bu razılaşmadan razıdır. Noyer 2027-ci ilin yayına qədər müqavilə imzalayacaq.
Bu mövsüm 35 matçda Noyer 38 qol buraxıb və 11 dəfə qapısını toxunulmaz saxlayıb.
