Reqataya rəng qatan açılış proqramı - YENİLƏNİB + FOTO/VİDEO

28 Aprel 2026 21:55
2 210
Reqataya rəng qatan açılış proqramı - YENİLƏNİB + FOTO/VİDEO

“Döngə” rok qrupu Mingəçevirdə “Prezident Kuboku-2026” reqatasının açılış proqramında çıxış edib.

Rəsmi açılış mərasimi atəşfəşanlıqla yekunlaşıb.

20:28

Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku-2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimi ilə əlaqədar şou proqram təşkil edilib.

İdman.Biz xəbər verir ki, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək yarış iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolundan bəhs edərək, bu reqatanın Mingəçevir və digər bölgələrdə avarçəkmənin inkişafına təkan verdiyini vurğulayıb.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov yarışın coğrafiyasının ildən-ilə genişləndiyini qeyd edib. O, reqatanın ötən gün ilk dəfə Ağdərədə, Sərsəng su anbarında start götürməsini tarixi hadisə kimi qiymətləndirib.

Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev bu cür beynəlxalq turnirlərin gənclər arasında idmana marağı artırdığını və yeni istedadların üzə çıxmasında vacib rol oynadığını bildirib.

Mərasimdə Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra bədii hissə ilə davam edib. Açılış mərasimində tamaşaçılara müxtəlif rəqs və musiqi nömrələri, eləcə də xüsusi şou proqramlar təqdim olunur.

Aprelin 29-da Suqovuşanda davam edəcək yarışlarda Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Yunanıstan, Çexiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Yarışın son iki mərhələsi Mingəçevirdə keçiriləcək və mayın birinci günü reqataya yekun vurulacaq.

15:05

Bu gün Mingəçevirdə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimində parad keçirilib.

İdman.Biz xəbər verir ki, avarçəkmə və kanoe üzrə reqata Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutur.

Parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət ediblər. Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olub.

Ardınca Dövlət Himni səsləndirilib və tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, yarışa ötən gün Ağdərədə - Sərsəng su anbarında start verilib. “Prezident Kuboku-2026” beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

Reqataya mayın 1-də yekun vurulacaq.

09:14

Bu gün Mingəçevirdə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçiriləcək.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə reqatasının paradı və açılış mərasimi baş tutacaq.

Saat 14:00-dan 15:00-dək təşkil olunacaq parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər.

Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olacaq.

Saat 19:00-dan etibarən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi keçiriləcək. Tədbir zəngin bədii proqramla davam edəcək. Tamaşaçılara müxtəlif rəqs və musiqi nömrələri, eləcə də xüsusi şou proqramlar təqdim olunacaq.

Tədbir atəşfəşanlıqla yekunlaşaraq Mingəçevir səmasında bayram ab-havası yaradacaq.

Qeyd edək ki, yarışa ötən gün Ağdərədə - Sərsəng su anbarında start verilib. “Prezident Kuboku-2026” beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

Humay İsgəndərova

İdman.Biz