Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək

10 İyun 2026 13:42
113
Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 11-də dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.

Dənizkənarı Bulvarda, “Bakı” Kanoe və Avarçəkmə Klubu ərazisində baş tutacaq yarışda Gənclər və İdman Nazirliyi, TƏBİB, “Azərişıq” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Reklam Agentliyi, SOCAR, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları güclərini sınayacaqlar.

İştirakçılar bir və iki nəfərlik kayak qayığında 200 metr məsafəyə mübarizədə ən güclüləri müəyyən edəcəklər.

İdman.Biz