Azərbaycan avarçəkənləri Avropa çempionatında mübarizə aparacaq

26 İyul 2026 16:13
133
Azərbaycan avarçəkənləri Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın akademik avarçəkmə komandası İtaliyanın Vareze şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.

İdman.Biz xəbər verir ki, yarış 31 iyul - 2 avqust tarixlərində təşkil olunacaq. Qitənin ən güclü akademik avarçəkənlərinin mübarizə aparacağı çempionatda Azərbaycan iki idmançı ilə təmsil olunacaq.

Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkili ikinəfərlik akademik avarçəkmə qayığında mükafatçılar sırasına düşməyə çalışacaqlar.

Komandaya Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev rəhbərlik edəcək.

İdman.Biz