Tatyana Smilovenko Avropa çempionatında gümüş medal qazanıb - FOTO

26 İyul 2026 18:13
77
Tatyana Smilovenko Avropa çempionatında gümüş medal qazanıb - FOTO

Azərbaycanın kayak və kanoe üzrə milli komandasının üzvü Tatyana Smilovenko Avropa çempionatında uğurlu nəticə göstərib.

İdman.Biz xəbər verir ki, 23-26 iyul tarixlərində Macarıstanın Seqed şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında keçirilən Avropa çempionatında təmsilçimiz gümüş medal qazanıb.

Smilovenko birnəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışın həlledici mərhələsi olan A finalında finiş xəttini ikinci keçərək Avropa ikincisi olub.

Bu, Tatyana Smilovenkonun Azərbaycan millisinin heyətində qitə çempionatlarında qazandığı ikinci medaldır. O, ötən il Rumıniyanın Piteşti şəhərində keçirilən 23 yaşadək idmançılar arasında Avropa çempionatında üçüncü yeri tutub.

İdman.Biz