Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən reqatada qızıl medal qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
O, Avropa çempionatının masters kateqoriyasında (35-39 yaş) birinci yeri tutub.
500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan Kurudz bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olub.
Qeyd edək ki, Boqdan Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.
