Bakıda dövlət qurumları arasında avarçəkmə yarışı keçirilib - FOTO

12 İyun 2026 10:05
95
Bakıda dövlət qurumları arasında avarçəkmə yarışı keçirilib - FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdmanı Növləri Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bulvar ərazisində təşkil olunan yarışda qadınlar və kişilər müxtəlif kateqoriyalar üzrə bacarıqlarını nümayiş etdiriblər.

Kişilər arasında tək nəfərlik qayıq yarışının qalibi Fövqəladə Hallar Nazirliyini (FHN) təmsil edən Rüfət Əhmədov olub. Cavad Cavadov (GİN) ikinci, Özcan Kərimov (FHN) isə üçüncü yeri tutublar.

Qadınlar arasında keçirilən tək nəfərlik qayıq yarışında Leyla Əliyeva (FHN) birinci yerə layiq görülüb. Mələkxanım Məmmədova (FHN) yarışı ikinci, İlahə Çələbiyeva (GİN) isə üçüncü pillədə başa vurublar.

Kişilər arasında iki nəfərlik qayıqda Elxan Əsədov və Özcan Kərimovdan ibarət FHN komandası bütün rəqiblərini qabaqlayaraq birinci olub. Cavad Cavadov və Səid Məlikov (GİN) ikinci, Murad Həsənov və Qara Rüstəmli (TƏBİB) isə üçüncü yeri tutublar.

Qadınlar arasında iki nəfərlik qayıq yarışında Leyla Əliyeva və Mələkxanım Məmmədova (FHN) qalib olublar. İlahə Hacıyeva və Süsən Xudiyeva (SOCAR) ikinci, İlahə Çələbiyeva və Nailə Xanlarova (GİN) isə üçüncü yeri tutublar.

Qarışıq cütlüklərdə Rüfət Əhmədov və Leyla Əliyeva (FHN) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elşad Kərimov və İlahə Hacıyeva (SOCAR) ikinci, Mixail Protasov və Janna Məmmədova (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC) isə üçüncü olublar.

İdman.Biz