Avarçəkənlərimiz İtaliyada Avropa ikincisi olublar - FOTO/VİDEO

1 Avqust 2026 17:32
100
Avarçəkənlərimiz İtaliyada Avropa ikincisi olublar - FOTO/VİDEO

Azərbaycan təmsilçiləri İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında Avropa ikincisi olublar.

İdman.Biz xəbə verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.

Bildirilib ki, Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal qazanıblar.

Qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda ölkəni iki idmançı təmsil edib.

Xatırladaq ki, Z.Məmmədzadə və N.Paşayev Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıblar.

İdman.Biz