Azərbaycan təmsilçisi Tatyana Smilovenko iyunun 11-14-ü aralığında Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçiriləcək kayak və kanoe üzrə Avropa çempionatında iştirak edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Bildirilir ki, milli komandanın üzvü kanoe qayığında mübarizə aparacaq.
Qeyd edək ki, Tatyana Smilovenko ötən il Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında təşkil edilən Avropa çempionatında bürünc medala sahib olub.
