Dünya Kubokunda Azərbaycan həyəcanı: iki avarçəkən medal savaşında

9 İyun 2026 11:41
98
Dünya Kubokunda Azərbaycan həyəcanı: iki avarçəkən medal savaşında

12-14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində akademik avarçəkmə üzrə reqatanın ikinci mərhələsi keçiriləcək.

İdman.Biz xəbər verir ki, Dünya Kubokunda ölkəmizi Azərbaycan Su İdman Növləri Federasiyasının iki idmançısı təmsil edəcək.

Yarışda Ziya Məmmədzadə və Nurlan Paşayev medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, hər iki idmançı Dünya Kubokunun ikinci mərhələsində yüngül çəki dərəcəsində çıxış edəcək.

İdman.Biz