Noyabrın 7-də Gürcüstanın Batumi şəhərində kayak və kanoe növləri üzrə beynəlxalq super sprint reqatası təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, turnirdə Azərbaycan Su İdmanı Federasiyası iki idmançı ilə təmsil olunacaq.
Hüseyn Səmədli kanoedə, Amil Ramazanov isə kayak qayığında mükafatçılar sırasına düşməyə çalışacaq.
Hər iki idmançı birnəfəlik qayıqda super sprint yarışlarının qaydalarına uyğun olaraq 100 metr məsafə üzrə mübarizə aparacaqlar.

