Beynəlxalq reqatanın qalibləri mükafatlandırıldı - İDMAN.BİZ MİNGƏÇEVİRDƏ - FOTO/VİDEO

1 Oktyabr 2026 14:07
91
Beynəlxalq reqatanın qalibləri mükafatlandırıldı - İDMAN.BİZ MİNGƏÇEVİRDƏ

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilən yarışın mükafatlandırma mərasimində qaliblərə medalları turnirə dəvət olunan rəsmi şəxslər təqdim ediblər.

Füzulidəki Köndələnçay su anbarında start götürən və Mingəçevirdə başa çatan turnirdə Azərbaycan təmsilçiləri ümumilikdə 22 medal qazanıblar. Onlardan 7-si qızıl, 5-i gümüş, 10-u isə bürünc olub.

Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edib.

Humay İsgəndərova

İdman.Biz
Məqalədə: