Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanın Batumi şəhərində təşkil olunan beynəlxalq super sprint reqatasında iki medal qazanıblar.
İdman.Biz xəbər verir ki, noyabrın 7-də başa çatan yarışda Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri uğurlu nəticələr göstəriblər.
Super sprint qaydalarına əsasən, 100 metr məsafəyə keçirilən yürüşlərdə Hüseyn Səmədli kanoe qayığında üçüncü yeri tutaraq bürünc medala sahib olub.
Amil Ramazanov isə kayak qayığında finiş xəttini ikinci keçərək gümüş medal qazanıb.
Azərbaycan idmançıları beynəlxalq reqatanı bir gümüş və bir bürünc medalla başa vurublar.
