Tatyana Smilovenko Avropa çempionatında Azərbaycanı təmsil edəcək

5 İyun 2026 17:23
105
Tatyana Smilovenko Avropa çempionatında Azərbaycanı təmsil edəcək

İyunun 11-dən 14-dək Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatı keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.

Bildirilir ki, qitənin ən güclülərinin müəyyənləşəcəyi reqatada Azərbaycanı kanoe qayığında milli komandanın üzvü Tatyana Smilovenko təmsil edəcək.

Xatırladaq ki, ötən il Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında təşkil olunmuş Avropa çempionatında Smilovenko bürünc medala sahib olub.

İdman.Biz