Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kubokuna start veriləcək.
İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarış saat 12:00-da başlayacaq.
Turnir çərçivəsində gimnastlar həm fərdi, həm də qrup proqramlarında bacarıqlarını nümayiş etdirəcəklər.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı, 30 ölkədən və neytral statusda çıxış edən iştirakçılar da mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa Kubokuna mayın 3-də yekun vurulacaq.
