Kişi və qadın idman gimnastları ölkə birinciliyinə yekun vurulacaq

25 Aprel 2026 10:16
148
Kişi və qadın idman gimnastları ölkə birinciliyinə yekun vurulacaq

Bu gün kişi idman gimnastikası üzrə 31-ci, qadın idman gimnastikası üzrə isə 10-cu ölkə birinciliyinə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, yarış Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.

Birincilikdə ölkənin üç gimnastika klubundan - “Ocaq Sport” klubu, “Ocaq Sport” klubunun Sumqayıt bölməsi və Bakı Gimnastika Məktəbinin idman gimnastları iştirak edir.

Burada kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında ümumilikdə 50-yə yaxın gimnast mübarizə aparacaqlar.

İdman.Biz