Dörd qadın güləşçimiz Avropa çempionatında mübarizə aparacaq

23 Aprel 2026 09:33
152
Dörd qadın güləşçimiz Avropa çempionatında mübarizə aparacaq

Bu gün Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın daha dörd qadın güləşçisi mübarizəyə qoşulacaq.

İdman.Biz xəbər verir ki, təsnifat mərhələsində Jalə Əliyeva (57 kq) Almaniya təmsilçisi Amori Andriçlə qarşılaşacaq.

Ruzanna Məmmədova (62 kq) Ukrayna güləşçisi İlona Prokopevnyukla üz-üzə gələcək.

Birgül Soltanova (65 kq) 1/4 final mərhələsində Krista İnce ilə güləşəcək.

Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda görüşdə Marta Getmanova (UWW) ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan Avropa çempionatında indiyədək beş medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Həmçinin yunan-Roma güləşi millisi komanda hesabında Avropa çempionu olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

İdman.Biz