Dünya Güləş Birliyi (UWW) böyüklər arasında dünya çempionatında iştirak edəcək hakimləri müəyyənləşdirib .
İdman.Biz xəbər verir ki, oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundialda 46 ölkədən 71 referi ədaləti qoruyacaq.
Onlar arasında azərbaycanlı hakimlər də yer alacaq. I-S dərəcəli referilər - Asif Şirəliyev və Sədi Quliyev məsul yarışda ölkəmizi təmsil edəcəklər.
