Dünya çempionatında zədələnən Azərbaycan güləşçisi əməliyyat olunacaq

26 Oktyabr 2026 15:11
129
Dünya çempionatında zədələnən Azərbaycan güləşçisi əməliyyat olunacaq

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən dünya çempionatında zədələnən Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadənin son durumu bəlli olub.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, 72 kiloqram çəki dərəcəsində çıxış idmançı sağ dizindən əməliyyat olunacaq.

Hazırda Astanada olan güləşçi Bakıya komanda ilə birlikdə qayıdacaq.

Qeyd edək ki, o, 1/8 finalda yaponiyalı Rintaro Soqabeyə 9:4 hesabı ilə qalib gəlsə də, 1/4 finalda rusiyalı Mingiyan Qoryayevə 6:7 hesabı ilə uduzub. Qarşılaşma zamanı sağ dizindən zədələnən Azərbaycan təmsilçisi görüşü başa çatdıra bilməyib.

İdman.Biz