İdman.Biz xəbər verir ki, futbol üzrə Bizon Azərbaycan Kubokunun ikinci finalçısı da məlum oldu. "Sabah" "Qarabağ" üzərində 2:1 (4:3) hesabı ilə qələbə çaldı.
"Sabah"ın finalda rəqibi "Zirə" komandası olacaq.
Qeyd edək ki, qarşılaşmanın son dəqiqəsində "Sabah"ın cərimə meydançasında top açıq şəkildə olan ələ toxunub istiqamətini dəyişsə də, hakim 11 metrlik cərimə zərbəsini göstərmək əvəzinə matçı bitirmək qərar verdi. Ardınca isə Rəvan Həmzəzadə qərarına etiraz edən oyunçulara sarı və qırmızı vərəqələr çıxardı.
21:52
"Sabah" hesabda önə çıxır. Oyunun 87-ci dəqiqəsində fərqlənən Patrik Mbina oldu - 2:1.
21:44
Velko Simiç oyunun 78-ci dəqiqəsində hesabı bərabərləşdirir - 1:1.
21:24
Oyunun 59-cu dəqiqəsində Kamilo Duran "Qarabağ" azarkeşlərini sevindirdi- 0:1.
21:17
Aleksey İsayev oyunun 50-ci dəqiqəsində "Sabah"ı hesabda önə çıxarsa da, VAR ofsayd səbəbindən qolu ləğv etdi.
21:10
Futbol üzrə Bizon Azərbaycan Kubokunun ikinci finalçısını müəyyənləşdirəcək “Sabah” - “Qarabağ” qarşılaşmasında ikinci hissə başldı. İlk 45 dəqiqədən sonra hesab açılmayıb.
20:54
“Sabah” - “Qarabağ” qarşılaşmasının ilk 45 dəqiqəsi qolsuz başa çatdı. Gərgin keçən oyunda "Qarabağ"ın qapıçısı Koxalski qol epizodunun qarşısını aldığı üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
20:41
"Qarabağ"ın qapıçısı Mateus Koxalski oyunun 36-cı dəqiqəsində qırmızı vərəqə aldı.
19:57
Futbol üzrə Bizon Azərbaycan Kubokunun ikinci finalçısını müəyyənləşdirəcək “Sabah” - “Qarabağ” qarşılaşması başladı.
18:52
İdman.Biz xəbər verir ki, futbol üzrə Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda qarşılaşacaq “Sabah” və “Qarabağ”ın start heyətləri açıqlanıb.
“Sabah”: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 7. Umarali Raxmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 9. Xəyal Əliyev, 70. Cesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas
“Qarabağ”: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 9. Joni Montiel, 21. Aleksey Kaşuk, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov
09:27
Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunda ikinci finalçı bəlli olacaq.
İdman.Biz xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Sabah” “Qarabağ”la qarşılaşacaq.
Görüş “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.
Tərəflər arasında baş tutan ilk görüşdə qollu heç-heçə qeydə alınıb - 2:2.
Cütün qalibi finalda “Zirə” ilə üz-üzə gələcək. Bakı təmsilçisi ötən gün yarımfinalın cavab oyununda “Turan Tovuz”la qolsuz bərabərə qalıb. İlk dueldə “qartallar” üstün olub - 2:0.
Qeyd edək ki, ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də “Palms Sports Arena”da keçiriləcək.
