“Liverpul”un yarımmüdafiəçisi Kodi Qakpo “Tottenhem Hotspur”un potensial transferi hesab olunur.
İdman.Biz-in “Soccernews.nl” saytına istinadən məlumatına görə, London klubunun baş məşqçisi Roberto De Dzerbi oyunçu ilə maraqlanır.
Mənbə qeyd edir ki, məşqçi bir müddətdir 27 yaşlı niderlandlı futbolçunun karyerasını yaxından izləyir və onu hücum xəttini gücləndirmək üçün namizəd kimi görür. Qakponun yaxın peşəkar münasibətləri olan menecer Arne Slutun gedişindən sonra “Liverpul”dan ayrılmağı düşündüyü bildirilir.
Ötən mövsüm Qakpo bütün yarışlarda 52 oyun keçirib, doqquz qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt yarımmüdafiəçini 60 milyon avro dəyərində qiymətləndirir.
