Madrid “Real”ının mərkəz müdafiəçisi Raul Asensio karyerasını Fransada davam etdirə bilər.
İdman.Biz mundodeportivo.com-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Real”ın yeni baş məşqçisi Joze Mourinyonun planlarına daxil deyil və onunla “Marsel” maraqlanır.
“Marsel” ispaniyalı müdafiəçini icarəyə götürmək və müqaviləyə 15 milyon avroluq məcburi satınalma bəndi əlavə etmək istəyir.
Bildirilib ki, “Real” Asensionun gələcək satışından əldə olunacaq məbləğin 25 faizinə sahib olmaq hüququnu özündə saxlayacaq.
Daha əvvəl futbolçu ilə Portuqaliyanın “Benfika” klubu da maraqlanıb. Lakin Lissabon təmsilçisi müqaviləyə “Real” üçün geri satınalma maddəsinin daxil edilməsinə razı olmayıb.
