“Sabah”ı Finlandiyada neçə azarkeş dəstəkləyəcək?

27 İyul 2026 14:08
111
“Sabah”ı Finlandiyada neçə azarkeş dəstəkləyəcək?

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “KuPS” futbol komandasının qonağı olacaq “Sabah”ın Finlandiyaya gedəcək azarkeş sayı məlum olub.

Klubun mətbuat katibi Elnur Həmidovun İdman.Biz-ə verdiyi məlumata görə, Azərbaycan təmsilçisini səfər matçında 50-yə yaxın azarkeş dəstəkləyəcək.

Bakı klubunun baş məşqçisi Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 18:30-da, komandanın açıq məşqi isə saat 19:00-da keçiriləcək.

Qeyd edək ki, “KuPS” - “Sabah” oyunu iyulun 28-də Kuopio şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. İlk görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi üçüncü təsnifat mərhələsində Danimarkanın “Orxus” və Polşanın “Lex” komandaları arasında keçirilən cütün güclüsü ilə qarşılaşacaq.

İdman.Biz
Məqalədə: