“Real Madrid” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin(Rodriqo Ernandes Kaskante) transferi istiqamətində ilk rəsmi addımı atmağa hazırlaşır.
İdman.Biz "Marca" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi ispaniyalı futbolçu üçün 50-60 milyon avro civarında təklif hazırlayır.
Məlumata görə, “Real” artıq Rodri ilə şəxsi müqavilənin əsas şərtlərini razılaşdırıb. Tərəflər arasında 2030-cu ilin yayına qədər nəzərdə tutulan sözləşmə üzrə anlaşma əldə olunub.
Məlumata görə, Rodri “Mançester Siti”nin müqavilə yeniləmə təklifini rədd edib. Onun hazırkı müqaviləsi 2027-ci ildə başa çatır və futbolçu karyerasını İspaniyada davam etdirərək “Real Madrid”ə keçmək istəyir.
Transferin reallaşmasının qarşısındakı əsas maneə isə klubların məbləğlə bağlı razılığa gələ bilməməsidir. Bildirilir ki, “Mançester Siti” 60 milyon avroluq təklifi kifayət qədər yüksək hesab etmir.
Qeyd edək ki, DÇ-2026-nın qalibi olan Rodri turnirin də ən yaxşı futbolçusu seçilib.
