“Roma” “Bolonya”nın hücumçusu Santyaqo Kastronun transferi ilə bağlı tam razılıq əldə edib.
İdman.biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, paytaxt təmsilçisi argentinalı hücumçu üçün 35 milyon avro ödəyəcək. Futbolçunun yaxın günlərdə tibbi müayinədən keçəcəyi gözlənilir.
A Seriyasının perspektivli hücumçularından biri hesab olunan Kastro ötən mövsüm bütün turnirlərdə 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Eyni zamanda, “Roma”nın hücumçusu Artem Dovbikin “Bolonya”ya keçəcəyi bildirilir.
