Ter Ştegen “Barselona” ilə İngiltərəyə yollanır

27 İyul 2026 16:00
89
Ter Ştegen “Barselona” ilə İngiltərəyə yollanır

“Barselona” İngiltərənin Birmingem şəhərində keçiriləcək mövsümöncəsi təlim-məşq toplanışı üçün iştirak edəcək futbolçuların siyahısını açıqlayıb.

İdman.Biz xəbər verir ki, avqustun 3-dək davam edəcək hazırlıq prosesi çərçivəsində Kataloniya təmsilçisi iyulun 31-də “Birmingem Siti” ilə yoxlama oyunu keçirəcək.

30 nəfərlik heyətdə icarədən qayıdan qapıçı Mark-Andre Ter Ştegen və klubun yeni transferi Kərim Adeyemi də yer alıb.

Heyəti təqdim edirik:

Qapıçılar: Mark-Andre ter Ştegen, Voyçex Şensnı, Yakobişvili, Rodriqes.

Müdafiəçilər: Ronald Arauxo, Ektor Fort, Alex Balde, Kortes, Espart, Andreas Kristensen, Martin, Jofre, Pesker.

Yarımmüdafiəçilər: Frenki de Yonq, Mark Kasado, Tommi, Farinyas, Diarra, Bernal, Fermin Lopes, Qoren, Gilye.

Hücumçular: Kərim Adeyemi, Abdelkərim, Jistau, Toni Fernandes, Runi, Tunkara, Qonsales və Klyuvert.

İdman.Biz