“Mançester Yunayted” 19 yaşlı qapıçını transfer edib

27 İyul 2026 16:30
102
“Mançester Yunayted” 19 yaşlı qapıçını transfer edib

“Mançester Yunayted” gənc qapıçı Kit Marqetsonun transferini rəsmən açıqlayıb.

İdman.Biz xəbər verir ki, keçidin qeydiyyat prosedurları tamamlandıqdan sonra rəsmiləşəcəyi klub tərəfindən bildirilib.

Marqetson ötən mövsümü icarə əsasında Uelsin “Connah's Quay Nomads” klubunda keçirib. O, 34 oyunda meydana çıxaraq 10 matçda qapısını toxunulmaz saxlayıb və komandasının Avropa kuboklarına vəsiqə qazanmasına kömək edib.

19 yaşlı qolkiper son olaraq “Suonsi Siti”nin formasını geyinib. O, bu klubun akademiyasında 15 yaşından çıxış edib. Gənc qapıçı Uelsin aşağı yaş qrupları üzrə millilərində də çıxış edib. Mart ayında Belarusla oyunda Uelsin 21 yaşadək futbolçulardan ibarət millisində debüt edib.

İdman.Biz