Azərbaycanın “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) komandasına qarşı ilk oyunda zədələnən qapıçısı Emil Balayevin son durumu məlum olub.
Klubun mətbuat katibi Asəf Zeynallının İdman.Biz-ə verdiyi məumata görə, 32 yaşlı qolkiper dünəndən etibarən məşqlərdə iştirak edir.
“Emil Balayev bu gün də hazırlığını davam etdirəcək. Ağrıları olmazsa və əlavə problem yaşanmazsa, komanda ilə birlikdə məşqlərini davam etdirəcək və səfərə yollanacaq”, - deyə o saytımıza açıqlamasında deyib.
Qeyd edək ki, “Dinamo” (Minsk) - “Neftçi” cavab görüşü iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk oyunda Belarus təmsilçisi Bakıda 4:2 hesablı qələbə qazanıb.
