“Neftçi”nin “Dinamo” ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

27 İyul 2026 15:37
118
“Neftçi”nin “Dinamo” ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Azərbaycanın “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubuna qarşı Bolqarıstanda keçiriləcək cavab oyunu üçün səfər proqramı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı report.az-a bildirib ki, komanda iyulun 29-da, səhər saatlarında Bolqarıstana yola düşəcək.

Həmin gün baş məşqçi Yuri Vernidubun iştirakı ilə saat 19:30-da mətbuat konfransı keçiriləcək. Saat 20:00-da isə komandanın media üçün açıq məşqi baş tutacaq.

“Dinamo” (Minsk) – “Neftçi” görüşü ertəsi gün keçiriləcək. Qarşılaşma Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe Siti” stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Belarus təmsilçisi Bakıdakı ilk oyunda 4:2 hesablı qələbə qazanıb.

Kluba azərbaycanlı azarkeşlərin komandaya dəstək məqsədilə oyunda iştirakı ilə bağlı hər hansı müraciət daxil olmayıb.

İdman.Biz
Məqalədə: