“Mançester Siti” futbolçu Yoşko Qvardiolun yeni müqaviləsini bu gün rəsmən açıqlamağa hazırlaşır.
İdman.Biz "The Athletic" nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu artıq rəsmi təqdimat öncəsi hazırlıqları tamamlamaq üzrədir.
Qvardiolun yeni müqaviləsi gözlənilməz deyil. Razılaşma barədə xəbərlər bir neçə həftə əvvəl yayılmışdı. İnsayder Fabrizio Romanonun məlumatına görə, 24 yaşlı müdafiəçi “Mançester Siti” ilə 5 illik sözləşmə imzalayacaq.
Qvardiol klubda gələcəyini müəyyənləşdirən futbolçular sırasında yer alır. Daha əvvəl Özbəkistan millisinin müdafiəçisi Abduqodir Xusanovun yeni müqaviləsi açıqlanıb. Ceremi Doku ilə də anlaşmanın yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.
