“Bavariya” Ndiayenin transferini başa çatdırıb

27 İyul 2026 14:15
85
“Bavariya” Ndiayenin transferini başa çatdırıb

Münhenin “Bavariya” klubu futbolçu Bara Sapoko Ndiayenin transferini tamamlayıb.

İdman.Biz "Sky Sport"a istinadən xəbər verir ki, “Gambinos Stars Africa” ilə bütün detalları razılaşdırıb və keçid artıq “tamamlanmış” hesab olunur. 18 yaşlı futbolçunun bu həftənin sonunda Vensan Kompaninin komandasının mövsümöncəsi hazırlıq toplanışına qoşulacağı gözlənilir.

Bildirilir ki, transferin ümumi məbləği 3-4 milyon avro arasında olacaq. Ndiaye “Bavariya”nın təklifini digər klubların marağına baxmayaraq qəbul edib və 2031-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.

Ndiaye ötən mövsümün ikinci yarısını “Bavariya”da icarə əsasında keçirib və Bundesliqada 4 oyunda iştirak edib.

İdman.Biz