İtaliya futbolunun canlı əfsanəsi Andrea Pirlo millinin baş məşqçisi vəzifəsinə namizəd olmadığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Dünən axşam öyrəndim ki, artıq İtaliya millisinin baş məşqçisi postuna namizəd deyiləm”, — deyə Pirlo bildirib.
Pirlo İtaliya yığmasının baş məşqçisi olmaq üçün əsas namizədlərdən biri hesab olunurdu. Bu, Xosep Qvardiolanın İtaliya millisinin baş məşqçisi olmaq təklifindən imtina etməsindən sonra baş vermişdi. Onun namizədliyini İtaliya Futbol Federasiyasının (FIGC) yeni texniki direktoru Paolo Maldini və onun məsləhətçisi Leonardo dəstəkləyirdi.
Lakin federasiya prezidenti Covanni Malago Pirlonun təyinatına mane olub. Buna səbəb italiyalı məşqçinin Rusiyanın “FONBET” bukmeker şirkəti ilə əməkdaşlığı göstərilir.
Pirlo açıqlamasında bildirib ki, mübahisə doğuran əməkdaşlıq yalnız kommersiya və idman xarakteri daşıyır, heç bir siyasi məna kəsb etmir.
