“Şaxtyor”, “Bavariya” və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Duqlas Kosta əfsanəvi futbolçu Kriştianu Ronaldu ilə eyni komandada çıxış etdiyi dövrü xatırlayıb.
İdman.Biz Tuttosport.com-a istinadən xəbər verir ki, braziliyalı futbolçu portuqaliyalı ulduzla işləməyin çox rahat olduğunu bildirib:
“Bu vaxta qədər Kriştianu artıq təxminən 15 il idi ki, davamlı olaraq çoxlu sayda qol vururdu. Onunla işləmək çox asan idi. Uyğun anlarda çox zarafat edirdi, amma meydanda tamamilə başqa birinə çevrilirdi — sanki maşın idi”.
Kosta Ronaldu ilə eyni komandada oynamaq imkanını böyük şans hesab etdiyini vurğulayıb:
“Onunla birlikdə oynamaq mənim üçün böyük xoşbəxtlikdir. Həqiqətən də inanılmaz dərəcədə şanslı olmuşam”.
Kosta və Ronaldu 2018–2021-ci illərdə “Yuventus”da birlikdə oynayıblar.
