“Monako”nun vingeri Maqnes Akliuş karyerasını PSJ-də davam etdirmək istəyir.
İdman.Biz jurnalist Santi Aounaya istinadən xəbər verir ki, futbolçu “Liverpul”un marağına baxmayaraq, seçimini Paris klubunun xeyrinə edib.
Məlumata əsasən, İngiltərə nəhəngi PSJ-dən daha yüksək məbləğ təklif etməyə hazırdır, lakin 24 yaşlı fransalı futbolçunun əsas istəyi “Park de Prens”ə keçməkdir.
Bildirilir ki, PSJ Akliuş üçün təklifini yaxşılaşdıraraq 50 milyon avroya çatdırıb. “Monako” isə futbolçunun transfer qiymətini təxminən 70 milyon avro olaraq müəyyənləşdirib.
Hazırda klublar arasında danışıqlar davam edir və PSJ razılaşma üçün orta yol tapmağa çalışır.
Qeyd olunur ki, Yan Diomandenin “Real”a keçidindən sonra PSJ hücum xəttini gücləndirmək üçün Akliuş transferini prioritet hesab edir.
